Mətbuat katibi işdən niyə çıxarıldı? - AÇIQLAMA

Mətbuat katibi işdən niyə çıxarıldı? - AÇIQLAMA
  23 Oktyabr 2014    Oxunub:6051
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin keçmiş rəhbəri Orxan Əli işdən azad olunması ilə bağlı xəbərlərlə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, O,Əli işdən öz ərizəsi ilə çıxdığını bildirib.

“Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm.

“Trend” İnformasiya agentliyinin "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərində deyildiyi kimi "kənarlaşdırılma" deyil öz ərizəmlə işdən azad olunmuşam”.

O.Əli qeyd edib ki, Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmayıb və o, indiyədək Şimal bölgəsi üzrə aparıcı məsləhətçi vəzifəsində çalışıb:

“Bir neçə gün öncə Komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum. Xəbərdə olan digər yanlışlıq isə mənim "2012-ci ilin iyun ayından" bu vəzifədə çalışmağımdır. Belə ki, mənim Komitədə fəaliyyətim iyun ayından deyil rəsmi olaraq sentyabr ayından başlayıb. Hər birinizə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Xüsusən də bu 2 ildə birbaşa Komitə ilə işləyən jurnalistlərə xüsusi minnətdarlığımı bildirirəm”.

Ana Rüstəmov


Teqlər:  





Xəbər lenti