Yaqlanddan İşçi Qrupa yüksək qiymət

Yaqlanddan İşçi Qrupa yüksək qiymət
  23 Oktyabr 2014    Oxunub:1631
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupun bərpasını yüksək qiymətləndirib. O, Qrupda həm hakimiyyət, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin olmasını müsbət dəyərləndirib.

Yaqland Prezidentin imzaladığı son əfv fərmanına da yüksək qiymət verib.

Onun bəyanatında qeyd olunur ki, AŞ baş katibi və Azərbaycan Prezidenti arasında əldə olunmuş razılaşmaya əsasən 2008-ci ildən bu yana ilk dəfə İnsan Haqları üzrə birgə işçi qrupun iclası baş tutub. Qrup üzvlərinin arasında 18 hüquq müdafiəçisi, parlamentin üzvləri və Prezident Adminstrasiyasının nümayəndələri olublar.

Avropa Şurasının nümayəndəsinin də iştirak etdiyi Birgə İşçi Qrupunun iclasının məqsədi vətəndaş cəmiyyəti və Azərbaycan hakimiyyəti arasında dialoqun bərpası olub.

Baş katib Yaqland bu iclası ölkədə mövcud insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir addım kimi qiymətləndirib.

"Keçən həftə prezidentin əfv fərmanı ilə 80 məhkumla birgə 4 hüquq müdafiəçisinin azad edilməsi bu istiqamətdə müsbət addım idi. Səmimi qəlbdən ümid edirəm ki, bugünkü görüş konkret nəticələr verəcək və daha çox fəallar azad ediləcək", -deyə Yaqland bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti