Alman nazir Şəhidlər Xiyabanında - Fotolar

Alman nazir Şəhidlər Xiyabanında - Fotolar
  23 Oktyabr 2014    Oxunub:1282
Almaniya Federativ Respublikasının Federal xarici işlər naziri Frank-Valter Ştaynmayerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Oktyabrın 23-də qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





AzVision.az


Teqlər:





Xəbər lenti