Şeyx yenə İŞİD-dən danışdı

Şeyx yenə İŞİD-dən danışdı
  23 Oktyabr 2014    Oxunub:1317
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib.

APA-nın məlumatına görə, Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir: “Məsələn, “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”.


Teqlər:





Xəbər lenti