`Real` uddu, `Qalatasaray` darmadağın oldu - Nəticələr

`Real` uddu, `Qalatasaray` darmadağın oldu - Nəticələr
  23 Oktyabr 2014    Oxunub:1723
Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. İkinci oyun günündə daha 8 qarşılaşma keçirilib.

A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Malmö”nü qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda “Yuventus” səfərdə “Olimpiakos”la qarşılaşıb və məğlub olub - 0:1.

B qrupunda Madrid “Real”ı səfərdə “Liverpul”un qonağı olub və böyükhesablı qələbəyə sevinib - 3:0. Qrupun digər matçında “Ludoqorotes” “Bazel”lə 1:0 hesabı ilə qalib gəlib.

C qrupunda “Monako” evdə “Benfika” ilə 0:0 bərabərə qalıb. “Bayer” (Leverkuzen) isə doğma meydanda “Zenit”i 2:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzub.

Qrupun digəroyununda “Arsenal”a “Anderlext”ə qonaq olub və son dəqiqələrdə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1.


Teqlər:





Xəbər lenti