Nazirlikdən təkzib: `Yalandır...`

Nazirlikdən təkzib: `Yalandır...`
  23 Oktyabr 2014    Oxunub:1187
Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə qadağa qoyulması ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az-ın məlumatına görə, ddarədən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki, orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənləri əvvəlki qaydada tədris olunur. Belə ki, bu fənlərin tədrisi dəyişdirilməyib.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıdakı bütün orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə tədrisin ilin ikinci yarısınadək dayandırılması ilə bağlı məlumat yayılmışdı.

Məlumatda o da qeyd olunurdu ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda 9 və 11-ci sinif şagirdlərinin bu fənlərdən aşağı nəticə toplaması Təhsil Nazirliyinin Azərbaycan dili və ədəbiyyat fənləri üzrə yeni qərar qəbul etməsinə səbəb olub.

Nazirlikdən isə virtualaz.org saytına bildiriblər ki, son vaxtlar nazirliyin adından cəfəng məlumatlar yayılır. Orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisinə qadağa qoyula bilməz.


Teqlər:





Xəbər lenti