Şəhərin mərkəzində su olmayacaq

Şəhərin mərkəzində su olmayacaq
  22 Oktyabr 2014    Oxunub:1268
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti xəbərdarlıq yayıb.
Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 23 oktyabr 2014-cü il tarixdə Ruhulla Axundov, Füzuli, 28 May, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti