Sabah `yaz havası` olacaq

Sabah `yaz havası` olacaq
  22 Oktyabr 2014    Oxunub:1694
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.


Teqlər:  





Xəbər lenti