Seçkilərlə bağlı işçi qrupu yaradıldı

Seçkilərlə bağlı işçi qrupu yaradıldı
  22 Oktyabr 2014    Oxunub:1548
23 dekabra təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
AzVision.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun qərarında aşağıdakı göstərişlər öz əksini tapıb:

“1. 23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Sabir oğlu Məmmədov işçi qrupunun rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir”.


Teqlər:





Xəbər lenti