Arif Hacılı İbadoğlu tərəfdarlarını partiyadan qovur? - SİYAHI

Arif Hacılı İbadoğlu tərəfdarlarını partiyadan qovur? - SİYAHI
  21 Oktyabr 2014    Oxunub:1931
`Arif Hacılı tərəfdarları Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər`.
AzVision.az xəbər verir ki, bu fikirləri Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlu tərəfdarlarının çoxu partiyadan uzaqlaşdırılacaq.

`Dünən bir müsavatçı zəng edib dedi ki, Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər. Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldurlar,partiyanı nüfuzdan salırlar və sair və ilaxır.

Və onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım bu siyahıda var.

Bəylər, hüquqşünas Osman Kazımov tamamən düzgün buyurur, kim ki, Hacılının legitimliyinə şübhə edir, "təmizləmə" əməliyyatına məruz qalmalıdır. Saxtakarlıqla barışmayanları, Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar bilənləri, bir sözlə ona sizlər kimi biyyət etməyənləri partiyadan kənarlaşdırmaq gərəkdir. Partiyanı istədiyiniz kimi "fırlatmaq" istəyirsinizsə, bu əməliyyatı tezləşdirin`.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından sonra partiyadaxili fikir ayrılıqları səngimir. Bir qrup partiya üzvü seçkidə pozuntuların olduğunu iddia edirı. Eyni zamanda son günlər 10-a yaxın üzv də istefa verib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti