AzVision.az xəbər verir ki, universitetin rektoru Asif Hacıyev kitab haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu kitabda tarixə obyektiv yanaşma var:
“Kitabın ciddi siyasi əhəmiyyəti var. Torpaqların birləşdirilməsi, dövlətçilik təfəkkürünün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin milli əhəmiyyəti var, çünki, həmin dövrdə Şah İsmayıl Xətainin dilimizidə ədəbi nümunələr yaratması bizə məlumdur. Bəzi tarix kitablarında bir tərəfli yanaşma olduğu halda Ramiz müəllimin kitabında tarixə obyektiv yanaşma müşahidə olunur. Kitabdakı metedologiyadan Azərbaycan tarixinin öyrənilməsində istifadə etmək olar”.
Asif Hacıyevin sözlərinə görə, kitabın ikinci hissəsi də olacaq.
Prezident Administrasiyasının nümayəndəsi Eldar Əmirov isə bildirib ki, kitabda bir çox tədqiqatçıların fikirləri ümumiləşdirilib: “Buna baxmayaraq Ramiz müəllim heç də həmişə onlarla razılaşmır. Şah İsmayıl Xətaiyə münasibətdə tənqidi məqamlara aydınlıq gətirir. Vurğulayır ki, Xətaiyə sırf dini aspektdən yanaşmaq olmaz, çünki o, peyğəmbər, ya da övliya olmayıb. Ona görə də dövrün tələbini nəzərə alaraq yanaşmaq lazımdır”.
E.Əmirov həmçinin Türkiyə tarixçilərinin də Şah İsmayılı tənqid etməsindən söz danışıb: “Türkiyəli tarixçilər Xətaiyə qarşı zaman-zaman qərəzli mövqe sərgiləyir. Hətta bəzən seriallarında onu təhqir etməkdən çəkinmirlər. Amma Osmanlı ilə Səfəvilər arasında döyüş Osmanlıdan qaynaqlanır”.
Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov