`İstefaya getməyə hazıram` - Əhməd Davudoğlu

`İstefaya getməyə hazıram` - Əhməd Davudoğlu
  21 Oktyabr 2014    Oxunub:2231
Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan edib ki, hökumətin kürdlərə ikinci dərəcəli vətəndaş kimi baxması təsdiqlənsə, istefaya getməyə hazırdır.
Bu barədə AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir.

O, vurğulayıb ki, Türkiyənin bütün vətəndaşları bərabər hüquqlara malikdir.

Onun sözlərinə görə, Türkiyədə heç kəs bir millət digər millətdən üstün ola bilməz.

Qeyd edək ki, Türkiyə hökuməti Suriyanın Kobani şəhərində İŞİD-lə mübarizə aparan kürdlərə yadım etməkdən imtina etdikdən sonra bir sıra müxalifət partiyaları ölkə hökumətinin kürdlərə ikinci dərəcəli vətəndaş kimi baxdığına dair bəyanatla çıxış ediblər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti