Ziya Məmmədova əlavə səlahiyyət verildi

Ziya Məmmədova əlavə səlahiyyət verildi
  21 Oktyabr 2014    Oxunub:3369
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda Prezident qərara alıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti