Nərgiz Paşayevanın qızı milli geyimdə - FOTOLAR

Nərgiz Paşayevanın qızı milli geyimdə - FOTOLAR
  21 Oktyabr 2014    Oxunub:3355
Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir


Oktyabrın 18-də Bakıda "Təcavüz. Muzey 2014" layihəsinin yekun sərgisi açılıb. Noyabrın 30-dək davam edəcək layihə Bakının ən böyük muzeylərində - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda yer alacaq.

AzVision.az Buro247.az-a istinadən xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Layihənin rəhbəri - Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Altı ay ərzində "Təcavüz. Muzey 2014" layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi olub. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.

Qalereya




Teqlər:





Xəbər lenti