Azərbaycanda dəhşətli hadisələr - 50 ölü, 123 yaralı

Azərbaycanda dəhşətli hadisələr - 50 ölü, 123 yaralı
  21 Oktyabr 2014    Oxunub:2912
Fövqəladə Hallar Nazirliyi (FHN) 2014-cü ilin 9 ayı ərzində ölkə üzrə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 9828 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2495 hadisə və ya 34% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib,15 nəfər təxliyə olunub.

2014-cü ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 9691 çıxış edilib.

Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13% az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44% çoxdur.

2014-cü ilin 9 ayi ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti