Ana və uşaq doğuş zamanı ölüb

Ana və uşaq doğuş zamanı ölüb
  20 Oktyabr 2014    Oxunub:1536
Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şəhər ərazisində yerləşən Doğum evində baş verib.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı körpə də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti