XİN “Amerikanın səsi” nə cavab verdi

XİN “Amerikanın səsi” nə cavab verdi
  20 Oktyabr 2014    Oxunub:1319
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır”.
Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin açıqlamasına öz əksini tapıb.

Açıqlamada bildirilir ki, “Obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır. “Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir.

Qeyd edilir ki, “Amerikanın səsi” radiosunun bu birtərəfli addımı həm də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti