`Bar-bar bağıranlar niyə susurlar?` - Deputat

`Bar-bar bağıranlar niyə susurlar?` - Deputat
  20 Oktyabr 2014    Oxunub:2121
“Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin oktyabrın 27-nə, Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşlərinin keçirilməsi planlaşdırılan günə salınması təxribatdır”.
AzVision.az-ın məlumatına görə, bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.

Deputatın sözlərinə görə, bunu ermənilər ya görüşün alınmaması üçün edirlər, ya da məqsədləri budur ki, Fransada da Sərkisyanın qarşısında soydaşlarımızın buraxılması tələbi qoyulduqda desinlər ki, buna ancaq məhkəmədən sonra baxıla bilər.

“Amma əgər beynəlxalq qurumlar və vasitəçi dövlətlər bircə dəfə prinsipallıq edib, ermənilərdən öz dədə-baba torpaqlarına baş çəkməyə gedənlərin hansı haqla tutulduqlarını soruşaraq onların buraxılmalarını tələb etsələr, onlar da bu oyunu oynamazlar. Havadarlarının nədən bunu etmədikləri aydındır, bəs görəsən bizdə insan haqları tapdalanır deyərək bar-bar bağıranlar niyə susurlar? Necə olur ki, onlar Leyla Yunus kimilərin buraxılmasını tələb edir və hətta bununla bağlı mitinq keçirdikləri halda öz dədə-baba yurdlarında girov götürülən soydaşlarımızın buraxılmasını bir dəfə olsun dillərinə gətirmirlər. Xaricdən bu haqda tapşırıq verilimir ona görəmi?..”

AzVision.az


Teqlər:





Xəbər lenti