`Bundan sonra səhvə yol verməyəcəm`- Keçmiş NİDA-çı

`Bundan sonra səhvə yol verməyəcəm`- Keçmiş NİDA-çı
  20 Oktyabr 2014    Oxunub:3021
“Nida” Vətəndaş Hərəkatının üzvü olmuş sabiq məhbus Bəxtiyar Quliyev oktyabrın 20-də “Media forum” saytının suallarını cavablandırıb. O, prezident İlham Əliyevin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıb. AzVision.az həmin müsahibəni təqdim edir:

- Azadlıq təəssüratın necədir?

- Həbsdən çıxmağım çox əladır. Bir günə üç günü sığışdırmaq istəyir adam. Hər şey yaxşıdır.

- Planların nədir?

- Təhsilimi davam etdirmək istəyirəm, karyera planları qururam. Siyasi fəaliyyətimi bitirmişəm. Bundan sonra siyasətlə məşğul olmayacam. Azadlığa çıxmaqla hər şeyi geridə qoymuşam.

- Səhhətin necədir?

- Özümü yaxşı hiss eləyirəm, ancaq ayağımda tutulma hələ də qalıb. Bağlı kamerada qaldığım üçün pilləkəni qalxanda, bir az qaçanda təngnəfəslik yaranır.

- Həbs sənə nə qazandırdı?

- Çox şeyi dərk elədim. Dostlarımı daha yaxından tanıdım. Prezidentə müraciət etdiyimə görə məni qınayanlar oldu. Müraciəti yazmazdan öncə də bəzi hərəkətlərimi qınayanlar vardı. Bundan sonra kimin əsl dost olduğunu bilirəm.

Həbsdən çıxandan sonra çoxdan tanıdığım adamlardan heç kim zəng eləmədi. Lakin gözləmədiyim şəxslər həm həbsdə olanda məni axtardılar, həm də azadlığa çıxanda mənimlə maraqlandılar. Bundan sonra daha düşüncəli addımlar atacam, böyük səhvlərə yol verməyəcəm.

AzVision.az


Teqlər:





Xəbər lenti