Güclü külək hansı rayonlara ziyan vurub?

Güclü külək hansı rayonlara ziyan vurub?
  20 Oktyabr 2014    Oxunub:2513
Ötən gündən başlayaraq yağan güclü yağış və külək ölkənin bəzi şəhər və rayonlarında fəsadlar törədib. Həmçinin hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərində bir neçə yerdə ağaclar aşıb və bəzi evlərin dam örtüyü uçub.
Bundan əlavə Bakı şəhərində fəaliyyət göstərən 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində dərslər müvəqqəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AzVision.az-a açıqlamasında bilidirib ki, qeyri-sabit keçən hava şəraiti ilə əlaqədar rayonlarda baş verən fəsadlarla bağlı nazirliyə məlumat verilib.

“Bütün bunlarla bağlı yaxın saatlarda Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdiriləcək”-deyə qurum rəsmisi vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti