Bu qız Müsavatda sədr olacaq?

Bu qız Müsavatda sədr olacaq?
  20 Oktyabr 2014    Oxunub:10103
“Ötən gün Gənclər Təşkilatının Şura iclası keçirilib. Orada Səma Qəbulova növbəti konfrans keçirilənə qədər sədrin səlahiyyətlərini müvəqqəti olaraq icra etmək üçün namizədliyini verib. Bu, qətiyyən sədr demək deyil”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı partiyanın Gənclər Təşkilatının sədr seçkisindən danışarkən deyib.

O vurğulayıb ki, Səma Qəbulovanın namizədliyi qəbul olunarsa, növbəti ümumi yığıncağa qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi fəaliyyət göstərəcək:

“Gənclər Təşkilatından istefa verən gənclər var ki, onların da bir neçəsi GT-də Şura üzvləri idi. Amma 5-6 nəfərin səsverməsi ilə sədrin səlahiyyətlərini icra edəcək şəxsi seçmək mümkündür. Bildiyimə görə, seçki dünən baş tutmayıb və bugünkü iclasda müzakirə olunacaq. Həmin iclasda seçiləcək adam sədrin səlahiyyətlərini icra edəcək, Gənclər Təşkilatının sədri isə gənclərin səsverməsi ilə konfransda seçiləcək”.

Qeyd edək ki, Müsavat partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas bir müddət əvvəl tutduğu vəzifədən istefa verib. Onun yerinə sədr seçildiyi deyilən Səma Qəbulova sosial şəbəkələrdə paylaşdığı fotolarına görə geniş müzakirələ səbəb olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti