Müəllim və tələbələrə “BMW” veriləcək

Müəllim və tələbələrə “BMW” veriləcək
  20 Oktyabr 2014    Oxunub:3534
Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi görkəmli müəllimləri “BMW” kimi dəyərli avtomobillər və 10-120 min Səudiyyə rialı dəyərində çeklərlə mükafatlandırmaq istəyir.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Müəllimlər, məktəb direktorları, o cümlədən məşhur tələbələr mükafat almaq üçün müraciət edə bilərlər. Artıq nazirlik 2014-cü ilin qaliblərini də müəyyənləşdirib.

Nazirlik hesab edir ki, bu aksiya müəllimlər və tələbələri daha da ruhlandıracaq: “Bu nazirliyin tələbələr, ümumilikdə təhsil sisteminə olan qayğının göstəricisdir. “BMW” maşınları ilə mükafatlandırılma bu sahədə işləyən şəxslər üçün yaxşı motivasiya mənbəyi olacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti