Əhəd Abıyev: “Prezident mənə xoş sözlər dedi”
Bunu AzVision.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib.
Ölkə başçısının Daşkəsən səfərindən danışan Ə.Abıyev prezident İlham Əliyevin səfər zamanı ona tapşırıq və tövsiyələr verdiyini qeyd edib.
“Cənab prezident bildirdi ki, görülən işləri davam etdirmək lazımdır. Biz də səfər zamanı ölkə başçısına “Yeni Daşkəsən” layihəsi haqqında məlumat verdik və prezident göstəriş verdi ki, layihəni davam edin. Ümumilikdə görülən işlərdən razı qaldı və xoş sözlər dedi”.
Qeyd edək ki, prezident İlham Əliyev və xanımı bir neçə gün öncə Daşkəsən və ətraf rayonlara səfər etmişdi.
Fatimə Kərimli