Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  20 Oktyabr 2014    Oxunub:1234
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Şirvan şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti