ABŞ-dan kürdlərə hərbi yardım

ABŞ-dan kürdlərə hərbi yardım
  20 Oktyabr 2014    Oxunub:1333
ABŞ-a məxsus hərbi təyyarələr İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlılarının mühasirəsində olan Kobani şəhərindəki kürdlərə silah-sursat və dərman preparatları atıblar.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən son günlərdə İŞİD-ə endirilən 135 aviazərbələr nəticəsində İŞİD-ın Kobaniyə olan hücumunu zəiflədib. Buna baxmayaraq Kobanidə vəziyyət olduqca gərgin olaraq qalır. İŞİD-ın şəhərə hücumu davam edir.

İŞİD-lə mübarizə aparan kürd yaraqlıları artıq bir aya yaxındır ki, Kobanini ( Ayn-əl-Ərəb) müdafiə edir. Son məlumatlara görə, İŞİD-ın şəhərə hücumu nəticəsində 650-dən çox insan həlak olub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti