Berti Foqts: `Baş məşqçilikdən bezmişəm`

Berti Foqts: `Baş məşqçilikdən bezmişəm`
  20 Oktyabr 2014    Oxunub:1741
Azərbaycanın futbol yığmasının keçmiş baş məşqçisi Berti Foqts Almaniyanın məşhur “Bild” qəzetinə açıqlama verib.
Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, 67 yaşlı mütəxəssis Almaniya çempionatındakı klublardan birində işləmək niyyətindədir. Lakin Foqts fəaliyyətini məşqçi kimi davam etdirmək istəmir: “Məşqçi kimi hər gün yaşıl meydana çıxmaqdan bezmişəm. İndi daha çox futbol klublarının birində direktor, menecer və bu kimi işlərin birində çalışmaq istərdim. Almaniyadamı? Niyə də yox”!

Qeyd edək ki, təcrübəli mütəxəssis oktyabrın 16-da İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdən sonra istefa verib.

O, Azərbaycan millisində 6 il baş məşqçi kimi çalışıb.




Teqlər:  





Xəbər lenti