Azərbaycanlı jurnalistlər Rus gəmilərində - Fotolar

Azərbaycanlı jurnalistlər Rus gəmilərində - Fotolar
  19 Oktyabr 2014    Oxunub:1901
Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri Bakıya gəlib.
AzVision.az xəbər veririr ki, bugün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalistin Bakı buxtasında olan gəmilərə ekskursiyası təşkil edilib.

Jurnalistlər “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri ilə tanış edilib, onların döyüş qabiliyyəti, silahları barədə məlumat verilib.

Bildirilib ki, “Dağıstan” böyük raket gözətçi gəmisi 2012-ci ildə, “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmisi isə ötən ildə silahlanmaya qəbul edilib. Bunlar texniki göstəricilərinə görə “Tatarıstan” gəmisi ilə birlikdə Xəzər dənizində ən güclü hərbi gəmilərdir.

Səfər oktyabrın 19-da başa çatacaq.





AzVision.az


Teqlər:





Xəbər lenti