Prezidentdən önəmli mesaj

Prezidentdən önəmli mesaj
  18 Oktyabr 2014    Oxunub:2140
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 Oktyabrda növbəti əfv sərəncamını imzaladı və 90-a yaxın məhkumu əfv etdi. Əslində biz belə humanist aktala öyrəşmişik və Prezidentin humanist siyasətinin davamlılığına əminik. Amma həmin sərəncamda mühüm bir mesaj da var.

Prezident sərəncamda göstərir ki, əfv aktını imzalayarkən həm də insan hüquqlarını müdafiə edən təşkilatların müraciətlərini nəzərə alıb. Bu, prezidentin ölkənin vətəndaş cəmiyyətinə verdiyi önəmdir.

Prezident hökumətin siyasətini tənqid edən QHT-lərin də işinə müsbət yanaşır və onların da müraciətlərinə önəm verir.

Ümid edirəm ki, bəzi məmurlar və orqanlar bu mesajdan nəticə çıxracaq. Prezidentin son dövrlərdə imzaladığı bütün Dövlət Proqramlarında, Milli Fəaliyyət Planlarında Qeyri-hökumət təşkilatları ilə partnyorluğa xüsusi yer ayrılır. Prezidentin “İctimai İştirakçılıq Haqqında” Qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmanın yerinə yetirilməsi QHT-lərin qərarların qəbulunda iştirakına və dövlət orqanları üzərində ictimi nəzarətin təmin olunmasında rolunu artıracaq. Milli Məclis və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə imzaladığı anlaşma memorandumları digər dövlət orrqanları üçün də nümunə olmalıdır.

Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri


Teqlər:





Xəbər lenti