Prezident xanımı ilə otel açılışında - FOTOLAR

Prezident xanımı ilə otel açılışında - FOTOLAR
  18 Oktyabr 2014    Oxunub:3002
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.

Diqqətə çatdırıldı ki, otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.

Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.
Daha sonra xatirə şəkli çəkdirildi.

Dövlət başçısı və xanımı elektromobillə otelin ərazisini gəzdilər.

***

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı otelin nömrələrində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, otelin 92 otaqlı yataq korpusuna daha 71 otaq əlavə edilib. Burada müxtəlif kateqoriyadan olan 163 nömrə müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. “Naftalan Hotel by Rixos” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti