İŞİD-lə Milli Şura arasında 5 oxşarlıq və 5 fərq

İŞİD-lə Milli Şura arasında 5 oxşarlıq və 5 fərq
  13 Oktyabr 2014    Oxunub:2669
Sahib Alıyev

Fikir verirsinizsə, milli şuradakıların keçirdikləri mitinqdən danışanların diqqətini çəkən bir nəsnə varsa, o da orada İŞİD-in bayrağının qaldırılmasıdır.


Onu kimlər qaldırtdırıb və nə məqsədlə qaldırtdırıb deyə bilmərəm, amma heç şübhə etmirəm ki, dünən Məhsul stadionuna yığışanlar da çox istərdilər ki, hansı yolla olursa- olsun “islamçı”lar kimi bütün dünyaya səs salsınlar. Baxmayaraq ki, İŞİD-lə Milli Şura (bundan sonra MŞ) arasında 5 oxşarlıq var, amma bu alınmayacaq. 5 mühüm fərq də mövcuddur, o üzdən.

OXŞARLIQ

1) İŞİD kimi MŞ-nın da adı ilə mahiyyəti arasında böyük uçurum var. Yəni necə ki, İŞİD bütün dünyada islamı gözdən salır, eləcə də MŞ milli maraqlarımıza qətiyyən cavab verməyən missiyanı həyata keçirməyə çalışır.

2) İŞİD də, MŞ-da başqa ölkələrin kəşfiyyat strukturlarının dəstəyilə formalaşıblar.

3) İŞİD təki MŞ-da da bir yox, bir neçə ölkənin kəşfiyyat strukturlarına agentlik edənlər var.

4) Necə ki, İŞİD bir zaman özü ilə eyni cəbhədə duran terrorçu dəstələrin axırına çıxır, eləcə də MŞ-ın ən böyük hədəfi hakimiyyət yox, “Məhsul”da tribunaya buraxmadıqları əqidədaşlarıdır.

5) İŞİD-də qara işləri yerinə yetirən bir çox aldadılmış zombilər kimi MŞ-da da qurumun başında duranları yaxşı tanımayan, o üzdən də təsirləri altına düşənlər var. Amma həmin gənclər də 2-3 ildən sonra digərləri kimi ayılıb, onları tərk edəsidirlər.

FƏRQ

1) İŞİD-dəkilər heç zaman İslamı açıq təhqirə keçən birini dəstəkləməzlər. Hardan tapşırıq gəlir-gəlsin. MŞ-dakılar isə bu milləti addımbaşı aşağılayan və ermənilərlə sıx iş birliyi hər kəsə bəlli olan, onların özlərinə belə az həqarət yağdırmamış Leyla Yunusla ərinin portretini gəzdirərək ona azadlıq tələb edirlər. Çünki belə bir sifariş alıblar.

2) İŞİD az qala bir dövlətin əlində ola biləcək bütün strukturları formalaşdırmış şəbəkədir və 50 min kvadrat kilometrdən çox sahəyə nəzarət edir. MŞ isə dünən mitinq keçirdiyi `Məhsul` stadionunu belə onlara ayrılmış vaxtdan bir dəqiqə artıq əlində saxlamaq gücündə deyil.

3) İŞİD də, MŞ da hər ikisi xaos daşıyıcısı, yaxud, başqa sözlə desək, virusdur. Fərq ondadır ki, birincisi AİDS və yaxud da “ebola” kimi hələ peyvəndi hazırlanmamış, hazırlanıbsa da gizlədilən virusdur. MŞ-yə gəldikdə onun peyvəndi elə başında duranların kimliyidir.

4) Bir neçə dəfə dinini və məzhəbini dəyişən birini İŞİD-in başına gətirmək qeyri-mümkündür. Cəmil Həsənlinin MŞ-a sədr seçilməsi isə göstərdi ki, tapşırıq veriləndə orada kimi istəsən, başda əyləşdirmək olar.

5) Hazırda bütün dünya İŞİD-dən danışır, MŞ-ni isə Azərbaycanın ucqarlarını demirik, paytaxt Bakıda belə çox az adam tanıyır. Tanıyanların əksəriyyəti də elə mən tanıdığım kimi tanıyır.


Teqlər:  





Xəbər lenti