Cəbhədə 20 erməni hərbçisi öldürülüb

Cəbhədə 20 erməni hərbçisi öldürülüb
  02 Oktyabr 2014    Oxunub:3233
Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Ermənistan Silahlı Qüvvələrində qeydə alınan insidentlər zamanı 38 hərbçi həlak olub.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı hesabatda bildirilir.

Hesabat dövrü ərzində 38 ölümdən 20-i atəşkəs rejiminin pozulması, 6-ı bədbəxt hadisə, 4-ü qətl, 3-ü döyüş növbəsinin pozulması, 3-ü sağlıq problemləri, 1 özünə qəsd, 1 ölüm faktı isə silahla ehtiyatsız davranma nəticəsində qeydə alınıb.

Qeyd edək ki, erməni bloqerlər və jurnalistlər dəfələrlə ölkə rəsmilərini cəbhə xəttində ölən şəxslərin sayını gizlətmək ittiham ediblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti