Cəmil Həsənlinin qızı maşınla adam vurub

Cəmil Həsənlinin qızı maşınla adam vurub
  02 Oktyabr 2014    Oxunub:2872
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli yol qəzası törədib.
AzVision.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli təxminən 10 gün bundan əvvəl günorta vaxtı Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub.

O, vurduğu qadını xəstəxanaya aparsa da, məsuliyyətdən yayınmağa cəh edib və qadının yolda yıxıldığını görüb xəstəxanaya gətirdiyini bildirib. Lakin bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra məsələ araşdırılıb. Məlum olub ki, əslində Günel Həsənli tərəfindən yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 86 yaşlı qadın ağır bədən xəsarəti alıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.


Teqlər:





Xəbər lenti