Nazirlikdən hava xəbərdarlığı

Nazirlikdən hava xəbərdarlığı
  02 Oktyabr 2014    Oxunub:2336
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.

Oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Mülayim qərb küləyi əsəcəck. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti