Putin Bakıya məktub yolladı
Müraciətdə deyilir: "IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını ürəkdən təbrik edirəm. Bu, dünyanın 70-dən çox ölkəsindən və aparıcı beynəlxalq təşkilatlardan nümayəndələri birləşdirən son dərəcə nüfuzlu tədbirdir. Onun iştirakçıları arasında görkəmli siyasi, mədəniyyət və incəsənət xadimləri, eləcə də böyük alimlər var.
Bugünkü görüşün gündəliyində bizim ümumi mənəvi və intellektual irsimizin saxlanması və artırılması, elm, təhsil və maarifin inkişafı ilə bağlı aktual məsələlər var.
Əminəm ki, maraqlı və məzmunlu fikir mübadiləsi baş tutacaq. Forumun iştirakçılarına və qonaqlara məhsuldar ünsiyyət və uğurlar arzulayıram”.(Trend)