“Qarabağ” İtaliya səfərində

“Qarabağ” İtaliya səfərində
  02 Oktyabr 2014    Oxunub:1844
Bu gün Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. AzVision.az xəbər verir ki, Avroliqada mübarizəni davam etdirən “Qarabağ” səfərdə növbəti matçına çıxacaq.

Ölkəmizin bu turnirdə yeganə təmsilçisi “Qarabağ” İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşacaq. Qrup mərhələsinin ilk turunda Bakıda “Sent Etyen”dən bir xal alan (0:0) Ağdam klubu hazırda qrupda onunla eyni xala malik Fransa klubu ilə 2-3-cü yerləri bölüşür. Rəqibin xeyli güclü olmasına baxmayaraq, klubumuz Milan səfərindən ən azı bir xalla qayıtmaq istəyir.

“Cüzeppe Meattsa” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti