Bakı metrosunda bomba həyəcanı

Bakı metrosunda bomba həyəcanı
  02 Oktyabr 2014    Oxunub:1536
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin “ Sahil ” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 23:54-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti