Yeni baş katib işə başladı

Yeni baş katib işə başladı
  01 Oktyabr 2014    Oxunub:1405
Norveçin keçmiş baş naziri Yens Stoltenberq NATO-nun baş katibi kimi vəzifəsinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, Brüsseldəki NATO qərargahına gedən Stoltenberq işçi heyətlə tanış olduqdan sonra səfirlərin toplandığı Şimali Atlantika Şurasının iclasının sədriliyini edib.

NATO-nun keçmiş baş katibi Andres Rasmussen ötən gün işçi heyətlə sağollaşıb vəzifəsindən ayrılmışdı.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti