İntiqam Əliyev 3 vəkilini itirdi

İntiqam Əliyev 3 vəkilini itirdi
  01 Oktyabr 2014    Oxunub:1491
Hüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü - Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb.
Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.

Ə.Həsənov "Turan"-a bildirib ki, bu işə heç bir aidiyyatı yoxdur və şahid kimi keçməsinin səbəblərini bilmir.

Hazırda İ.Əliyevin bir vəkili qalır - Cavad Cavadov.

Xatırladaq ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti