Ordu üçün 57 milyondan çox pul yığıldı

Ordu üçün 57 milyondan çox pul yığıldı
  01 Oktyabr 2014    Oxunub:1834
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 57 809 552 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti