Ermənistanda etirazlar baş qaldırdı

Ermənistanda etirazlar baş qaldırdı
  01 Oktyabr 2014    Oxunub:1798
Ermənistanın Gümrü şəhərində xırda və orta bizneslə məşğul olan sahibkarlar bu gün səhər saatlarından etibarən mərkəzi bazarın qarşsıına gələrək şəhərin mərkəzi küçələrini bağlayıblar.
AzVision.az-ın məlumatına görə, sahibkarlar “dövriyyədən verginin tutulması” qanunun qüvvəyə minməsinə görə, etiraz aksiyası keçirirlər

Sahibkarlar yeni qanunla yanaşı, köhnə qanun da saxlanılmasını istəyir. Onlar ən azı bu yolla sahibkarlara bir il daha möhlət verilməsini istəyir.

Qeyd edək ki, “dövriyyədən verginin tutulması” haqqında qanun qüvvəyə minir. Qanuna əsasən yarmarkada işləyən sahibkarlar ticarət dövriyyəsi haqqında sənədləri müvafiq orqanlara təqdim etməlidir. Əks halda onlar cərimələnəcəklər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti