`İsa Qəmbər siyasətdən gedəcək` - AÇIQLAMA

`İsa Qəmbər siyasətdən gedəcək` - AÇIQLAMA
  01 Oktyabr 2014    Oxunub:2151
`İsa Qəmbər parlamentə Ayaz Mütəllibovun siyahısı ilə düşmüşdü`
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat partiyasnın keçmiş başqanı İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizəd göstərilməsinə münasibət bildirib.

O, AzVision.az-a açıqlamasında qeyd edib ki, prezident seçkisindən öncə Bələdiyyə və Parlament seçkiləri var:

“Bundan başqa İsa Qəmbər heç bir parlament seçkisində qalib gəlməyib. Bircə 90-cı ildə Ayaz Mütəllibovun siyahısı ilə parlamentə düşüb. Sonrakı illərdə nə vaxt namizədliyini irəli sürsə də rəqiblərinə biabırçı şəkildə məğlub olub. Hesab edirəm ki, onu 2018-ci ildə prezidentliyə namizəd kimi təqdim etmək onun qarşısına dən tökmək kimi bir şeydir. Təbii ki, o vaxta qədər İsa Qəmbər heç siyasətdə qalmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayında Arif Hacılı partiyaya yeni başqan seçilib və başqanlıqdan gedən İsa Qəmbər 2018-ci ilin prezident seçkilərinə namizəd göstərilib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti