Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu bağlandı
  01 Oktyabr 2014    Oxunub:2300
Bakı-Sumqayıt yolunun bir hissəsi təmirlə əlaqədar bağlanıb.
AzVision.az xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətdə gələn yolun bir hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları təmir işləri aparır. Bununla əlaqədar olaraq yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Bakıdan Sumqayıta qayıdan əsas yolun 9-cu km-də isə yol tamamilə bağlanıb. Amma buna baxmayaraq, Sumqayıta hərəkət tam məhdudlaşmayıb. Belə ki, həmin hissədə yeni tikilən yolötürücü və yeni iki zolaqlı yol hərəkət üçün açılıb.

Hazırda Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin yoldan istifadə edirlər. Təmir işləri ilə əlaqədar səhər və axşam saatlarında Bakı-Sumqayıt yolunda sıxlıq müşahidə olunur.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti