Saakaşvilidən Azərbaycanla bağlı sensasion açıqlama

Saakaşvilidən Azərbaycanla bağlı sensasion açıqlama
  30 Sentyabr 2014    Oxunub:20038
“Rusiya Azərbaycana hücum etmək istəyir”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiya Moldova və Cənubi Qafqazda öz təsirini gücləndirmək imkanını nəzərdən keçirir.

AzVision.az-ın məlumatına görə, bu barədə Saakaşvili senator Con Makkeyinin idarə etdiyi Konkordiya sammitində çıxışı zamanı bildirib.

“Biz bir sıra təhlükələr qarşısında dururuq. Ukrayna ilə yanaşı Rusiya Moldova və Cənubi Qafqaza hərbi müdaxilə etmək barədə ciddi şəkildə düşünür. Bu yaxınlarda onlar bəyan ediblər ki, yol tikirlər. Onlar bu yol vasitəsilə Gürcüstan vasitəsilə Dağıstandan Azərbaycana hücum edəcək. Rusiya Azərbaycana hücum etmək üçün öz hərbi birləşmələrini gücləndirir. Biz təhlükəli yollardan keçiririk və biz ehtiyatlı olmalıyıq”, - deyə Saakaşvili bildirib.

Sammitdə sabiq Polşa və Litva prezidentləri də iştirak edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti