Azay Quliyev: `QHT-lərə heç bir təzyiq edilmir`
“Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. "Avronest" Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana fərqli mövqe tututlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”.
A. Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir:
“Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”.
Teqlər: