Hərbiçilərimiz Türkiyədə təlim keçirəcək- FOTOSESSİYA

Hərbiçilərimiz Türkiyədə  təlim keçirəcək- FOTOSESSİYA
  30 Sentyabr 2014    Oxunub:2209
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.
AzVision.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadənxəbər verir ki, uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəli manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.

Sonra birgə təlimlərin keçirildiyi aerodromda qonaqlara təlimin gedişi barədə brifinq təqdim olunub və növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.

Görüş zamanı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikası ərazisində 2015-ci ilin mart ayında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Görüşlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti