Fransada Azərbaycan rəqsləri - FOTOLAR

Fransada Azərbaycan rəqsləri - FOTOLAR
  26 Sentyabr 2014    Oxunub:1704
Azərbaycan tarixini, mədəniyyətini, Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dahi söz ustalarını, habelə ölkəmizin reallıqlarını fransızlara daha yaxından tanıtmaq məqsədilə 2012-ci ilin sonlarından etibarən Fransanın 20-yə yaxın şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adı altında möhtəşəm layihəni həyata keçirən Heydər Əliyev Fondu bu işlərin davamı olaraq sentyabrın 19-dan Parisin Vl rayonundakı Sen-Sülpis meydanında “Azərbaycan şəhərciyi” çərçivəsində Azərbaycan günləri təşkil edib.

Xəbər verdiyimiz kimi sentyabrın 28-dək davam edəcək şəhərcikdə hər axşam Azərbaycan incəsənət ustaları müxtəlif konsert proqramları ilə çıxış edir.

Sentyabrın 25-də Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının üzvləri meydana toplaşan paytaxt sakinlərini və qonaqları milli rəqslərimizlə valeh edib.

Oynaq və şən musiqi sədaları altında rəqqaslarımızın ifa etdikləri rəqs nömrələrinin tamaşaçılar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanması onların Azərbaycan incəsənətinə böyük marağından xəbər verib.

Qalereya




Teqlər:





Xəbər lenti