Azərbaycanda 400 minlik korrupsiya faktı
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
AzVision.az