İlham Əliyevdən Krala təbrik

İlham Əliyevdən Krala təbrik
  23 Sentyabr 2014    Oxunub:925
Prezident İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, məktubda qeyd olunur:

-Əlahəzrət,
Əziz Qardaşım,
Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti