Nazir vətəndaşlarla görüşə gedir

Nazir vətəndaşlarla görüşə gedir
  23 Sentyabr 2014    Oxunub:1137
İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edəcək İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə növbəti vətəndaş qəbulu sentyabrın 26-da Qəbələdə keçiriləcək.


Nazirlikdən AzVision.az-a verilən məlumata görə, saat 10:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ şəhəri, 28 may küçəsi 40) təşkil olunacaq qəbula gəlmək istəyən Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarının sakinləri qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-14-56, (012) 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:





Xəbər lenti