Rekord: 10 milyondan çox “iPhone” satıldı

Rekord: 10 milyondan çox “iPhone” satıldı
  22 Sentyabr 2014    Oxunub:1828
ABŞ-ın “Apple” şirkəti 3 gün ərzində 10 milyondan çox “iPhone 6” və “iPhone 6 Plus” modeli satıb.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.

Bu “iPhone” satışı tarixində qeydə alınan rekord göstəricidir.

“İlk üç gün ərzində “iPhone 6” və “iPhone 6 Plus” modellərinin satışı bizim gözləntilərimizi üstələdi”, - deyə şirkətin baş direktoru Tim Kuk bildirib. Hazırda yeni smartfonlar ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyada satışdadır.

Sentyabrın 26-da yeni telefonlar Rusiya da daxil olmaqla, 20-dən çox ölkədə satışa çıxarılacaq. İlin sonuna kimi bu ölkələrin sayı 115-ə çatacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti